Novxanıda hazırladığımız layihəyə əsasən təmiri tamamlanan villanın son görüntülərini sizə təqdim edirik.

Evin fasadı
Dəhliz
Mənzilə giriş ümümi dizaynın vizit kartıdır , ilk təəssürat dəhlizdən başlayır. Dəhlizin ölçülərini vizual olaraq genişləndirmək üçün biz açıq rəng tonlarından və güzgülərdən istifadə etmişik. Təbii işıqlanmaya üstünlük verdiyimizə görə giriş qapısını və kənarlarını şüşə çərçivələrlə həll etdik , girşin solunda 160 sm uzunluğunda paltaq dolabı sağ tərəfdə isə ayaqqabıları rahat oturub geyinmək üçün hazırladığımız oturacaqlı dolab yerləşir.

Villa dəhlizi
Birinci mərtəbənin Holu
Holda dizayn elementlərinin simmetrik yerləşməsinə üstünlük vermişik. Butun ev mərkəzləşdirilmiş havalandirma sistemi ilə təchiz olunduğundan hava kanallarını otağın kənarları ilə aparmalı olduq və mərkəzi tavan ilə kənar hissədədəki tavan arasındakı yaranmış 200mm hündürlüyü karniz ilə həll etdik. Solda mətbəx sağ tərəfdə qonaq otağı yerləşir, hər iki qapı eyni ölçüdədir.

Birinci mərtəbənin holu (rakurs_1)

Birinci mərtəbənin holu (rakurs_2)
Qonaq otağı
Sahəsi – 70m2
Üslub : Müasir yüngül klasika
Qonaq otağı 3 zonaya bölünüb, mərkəzi istirahət və TV zonası,nahar və ziyafətlər zonası və individual 1-2 nəfərlik istirahət zonası. Otaq pəncərələri yerdən nəzərdə tutulub və bu otağı vizual olaraq hündür göstərməklə bərabər geniş və işıqlı edir.

Qonaq otağı (rakusr_1)

Qonaq otağı (rakusr_2)
Mətbəx
Sahəsi – 40m2
Üslub : Müasir yüngül klasika
Mətbəx otağını layihələndirdiyimiz zaman xanımların biş-düş işlərini nəzərə alıb onların rahatlığı məqsədi ilə mətbəx mebelində dolab sayını artıqlaması ilə nəzərdə tutmuşuq və mətbəx avdanlıqarı (soyuducu,qabyuyan,qaz plitəsi və.s) arasındakı məsafələri optimal şəkildə bölüşdürmüşük .Vizual olaraq bar mətbəxi iş zonasına və yemək zonasına ayırır.

Mətbəx (rakurs_1)

Mətbəx (rakurs 2)
Hamam Otaqları

Birinci mərtəbənin hamam otağı

İkinci mərtəbənin hamam otağı (rakuss_1)

İkinci mərtəbəni hamam otağı (rakurs_2)
Valideyin yataq oağı
Sahəsi – 40m2
Üslub : Müasir yüngül klasika
Valideyin otağında 3m2 sahəsi olan individual hamam otağı və sahəsi 6m2 olan qarderob otaq nəzərdə tutulub.

Valideyinlərin yataq otağı

Valideyin yataq otağı (rakurs 2)
Oğlan otağı
Sahəsi – 35m2
Üslub : Modern
Otaq 10-15 yaş arası oğlan uşağı üçün nəzərdə tutulub. Paltar dolabı divar daxilinə salınıb buna görə dolab otaqda əlavə yer tutmur. Otaq geniş işıqlı və ciddi rəng tonlarında həll edilib.

Oğlan üçün yataq otağı

Oğlan otağı (rakusr_2)
Qız otağı
Sahəsi – 35m2
Üslub : Müasir yüngül klasika
Otaq 12-17 yaş arası qız üçün nəzərdə tutulub. Bu otaqda həmçinin paltar dolabı, otaq layihələndirilən mərhələdə divar daxilinə salınıb və nəticədə otaqda əlavə yer tutmayıb. Bütün tekstil dekor elementlər və mebel dəstləri sivarişçi ilə birgə seçilib.

Qız üçün yataq otağı (rakurs 1)

Qız üçün yataq otağı (rakurs 2)
Mansard
Sahəsi – 80m2
Üslub : Müasir yüngül klasika
Mansard mərtəbəsinin tavanı ağ rəngli maşın boyası ilə həll edilmiş dikt panellərdən hazırlanıb.Mərkəz hissədə 5 bölgüdən ibarətdir və daxili gərilmə tavan ilə həll edilmişdir, kənar hissələrdə yönləndirici spot işıqlar otaqda relaks abuhavası yaradır.

Mansard (rakurs_1)

Mansard (rakurs 2)
İnteryerə aid sizi maraqlanıran sualları şərhlərdə və ya bagirov.kamran@gmail.com ünvanına yazmaqla cavablandıra bilərik.